su 34

Ukrayna ordusu Rusiyanın Volqoqrad vilayətində yerləşən Marinovka aerodromuna hücum edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Məlumata görə, zərbələr nəticəsində 4 ədəd “Su-34” təyyarəsi vurulub. Onlardan ikisi tamamilə məhv edilib.

Qeyd edək ki, “Su-34” təyyarələri Rusiyanın Ukrayna ərazilərinə raket-bomba zərbələri endirən əsas taktiki aviasiya təyyarələri hesab olunur.

Paylaş: