Birləşmiş Krallıqdan hər zaman tam dəstək göstərəcəksiniz.
Globalinfo.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı deyib.
“İcazə verin, qeyd edim ki, sizin burada – Dauninq-Stritdə olmağınızdan çox, çox şadıq. Yəqin ki, küçədə sizi qarşılayan izdihamın dəstək səslərindən də əmin oldunuz. Siz Birləşmiş Krallıqdan hər zaman tam dəstək görəcəksiniz. Biz hər zaman sizin, Ukraynanın yanında olacağıq: nə qədər lazım gələrsə, o qədər!”, – Starmer qeyd edib.
Aysel Əliyeva
Globalinfo.az














