Litva Ukrayna Silahlı Qüvvələrinə qısamənzilli zenit-raket kompleksi verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib.
Açıqlamada komplekslərin Ukraynaya ötən həftə çatdırıldığı qeyd olunur, lakin say barədə məlumat verilmir.
“Bu il Ukraynaya yardımın əsas istiqamətləri müəyyən edilib: ilkin tələbat – maliyyələşmə yolu ilə HHM, sursat, dron və dron əleyhinə sistemlər nəzərdə tutulub”, – deyə məlumatda yer alıb.
Qeyd olunur ki, 2022-ci ildən etibarən Litva Kiyevə 767 milyon avro həcmində hərbi yardım edib.
Əliyar Xəlil














