ukrayna abs

Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak öz ABŞ-ın silah-sursat təchizatını dondurması xəbərinə reaksiya verib.

Globalinfo.az xəbər verir ki, o, öncə rəsmi məlumatları gözləməyə çağırıb.

“Biz işləyirik, yayılan xəbərlərə çox fikir verməyin, yalnız rəsmi məlumatlar vacibdir”, – Yermak vurğulayıb.

Qeyd edək ki, “The New York Times” yazıb ki, ABŞ-ın Ukraynaya silah-sursat tədarükünü dayandırmaq qərarı Vaşinqtonun xarici siyasət prioritetlərinin dəyişdiyini göstərə bilər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: