Uitkoff i Kushner

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və onun kürəkəni, iş adamı Cared Kuşnerin də daxil olduğu Amerika nümayəndə heyəti Almaniyadadır.

Globalinfo.az xəbər verir ki, onlar Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı danışıqlar aparmaq üçün Berlinə gediblər.

Məlumata görə, ilk mərhələdə danışıqlar siyasi müşavirlər səviyyəsində qapalı formatda keçiriləcək.

Almaniya tərəfinin nümayəndələri də danışıqlarda iştirak edəcək.

Paylaş: