Bu gün Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadasına start verilib.
Globalinfo.az xəbər verir ki, qadınlardan ibarət millimiz Nikaraqua komandasını üstələyib. Şahmatçılarımız açılış turunda maksimum nəticə ilə qələbə qazanıb. I turda qadın idmançılarımız rəqibini 4:0 hesabı ilə üstələyib.
Ülviyyə Fətəliyeva – Mariya Qaranados – 1:0
Gövhər Beydullayeva – Kristiana Martines – 1:0
Xanım Balacayeva – Abigel Kabesas – 1:0
Gülnar Məmmədova – Aleksandra Munyos – 1:0
Birinci turda kişi şahmatçılardan ibarət Azərbaycan yığması isə İordaniyanı məğlub edib: 3,5-0,5.
Aydın Süleymanlı, Nicat Abasov, Rauf Məmmədov qələbə qazanıb. Şəhriyar Məmmədyarov heç-heçə oynayıb.






















