Matç komandamızın 4:0 hesablı darmadağını ilə başa çatdı. Bununla da Masazır təmsilçisi ümumi hesabda 5:2 qələbə qazanaraq, ÇL-in pley-off mərhələsinə vəsiqə qazanır.
***21:46
“Sabah” – “Orhus” qarşılaşmasında dördüncü qol vurulub.
Globalinfo.az xəbər verir ki, “Sabah” Xander Severinanın 89-cu dəqiqədə rəqib qapısına endirdiyi dəqiq zərbə ilə özünün dördüncü qolunu qazanıb.
***21:36
“Sabah“dan 79-cu dəqiqədə daha bir möhtəşəm qol qeydə alınıb.
Globalinfo.az xəbər verir ki, Coy-Lens Mikels komandasına üçüncü qolu qazandırıb.
***21:25
“Sabah” ikinci qoluna imza atıb.
Globalinfo.az xəbər verir ki, bu dəfə fərqlənən Stiv Solvet olub.
Futbolçu 67-ci dəqiqədə komandasına ikinci qolu qazandırıb.
***21:18
“Sabah” hesabı açıb.
Globalinfo.az xəbər verir ki, qolun müəllifi 59-cu dəqiqədə Velko Simiç olub.
***21:01
“Sabah” “Orhus” oyununda ikinci fasilə start götürüb.
***20:46
Qarşılaşmada ilk hissə başa çatıb.
Globalinfo.az xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
***20:00
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Globalinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Sabah” doğma meydanda Danimarkanın “Orhus” klubu ilə qarşılaşır.
Xatırladaq ki, ilk oyunda Danimarka klubu 2:1 hesabı ilə qalib gəlib.