IMG 2040

Matç komandamızın 4:0 hesablı darmadağını ilə başa çatdı. Bununla da Masazır təmsilçisi ümumi hesabda 5:2 qələbə qazanaraq, ÇL-in pley-off mərhələsinə vəsiqə qazanır.

***21:46

Sabah” – “Orhus” qarşılaşmasında dördüncü qol vurulub.

Globalinfo.az xəbər verir ki, “Sabah” Xander Severinanın 89-cu dəqiqədə rəqib qapısına endirdiyi dəqiq zərbə ilə özünün dördüncü qolunu qazanıb.

***21:36

Sabah“dan 79-cu dəqiqədə daha bir möhtəşəm qol qeydə alınıb. 

Globalinfo.az xəbər verir ki, Coy-Lens Mikels komandasına üçüncü qolu qazandırıb.

***21:25

Sabah” ikinci qoluna imza atıb. 

Globalinfo.az xəbər verir ki, bu dəfə fərqlənən Stiv Solvet olub.

Futbolçu 67-ci dəqiqədə komandasına ikinci qolu qazandırıb.

***21:18

Sabah” hesabı açıb. 

Globalinfo.az xəbər verir ki, qolun müəllifi 59-cu dəqiqədə Velko Simiç olub.

***21:01

Sabah” “Orhus” oyununda ikinci fasilə start götürüb. 

***20:46

Qarşılaşmada ilk hissə başa çatıb. 

Globalinfo.az xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

***20:00

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Globalinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Sabah” doğma meydanda Danimarkanın “Orhus” klubu ilə qarşılaşır.

Xatırladaq ki, ilk oyunda Danimarka klubu 2:1 hesabı ilə qalib gəlib.

 

Paylaş: