UEFA “Barselona”, “Mançester Yunayted” və Türkiyə klublarını cərimələdi

UEFA-nın Klublara Maliyyə Nəzarəti Palatası “Barselona” və “Mançester Yunayted”i cəzalandırıb.

Globalinfo.az xəbər verir ki, qurumun son hesabatında 20-dən çox klubun qanun pozuntuları qeyd olunub. Kataloniyalılar ən böyük məbləğdə cərimələnib.

“Barselona” 2022-ci maliyyə ili hesablarında qeyri-maddi aktivlərin (oyunçu transferləri istisna olmaqla) satışından əldə edilən mənfəəti qaydalara uyğun olaraq gəlir hesab etməyən yanlış hesabata görə, 500 min avro cərimələnib”, – UEFA-nın rəsmi saytında bildirilib.

Cəzalananlar arasında “Mançester Yunayted”, “Trabzonspor”, “Konyaspor” və APOEL də var. Bu klublardan ilk ikisi 300 000, digərləri isə 100 000 avro məbləğində cərimələniblər.

Daha 400 min avronu isə “2022-ci maliyyə ilində qarşıya qoyulan hədəflərə çatmayan” Türkiyənin “Başakşehir” klubu ödəyəcək.