Ronaldu Messiyə qarşı oyunda matçın ən yaxşısı seçildi – FOTO

Hücumçu Kriştianu Ronaldu PSJ ilə yoldaşlıq oyunundan sonra növbəti mükafatını alıb.

37 yaşlı portuqaliyalı Paris klubuna qarşı “Əl-Nəsr” və “Əl-Hilal”ın ulduzlarından ibarət komandada çıxış edib. O, dubla imza atsa da, komandası 4:5 hesabı ilə məğlub olub.

Buna baxmayaraq, Ronaldu görüşün ən yaxşı oyunçusu seçilib.