UEFA 6 komandanı seçdi: siyahıda “Qarabağ” da var – FOTO

UEFA 6 komandanı seçdi: siyahıda "Qarabağ" da var - FOTO

UEFA Çempionlar Liqasının Feysbuk səhifəsi hər iki turdan qələbə ilə ayrılan komandaların loqolarını paylaşıb.

Globalinfo.az xəbər verir ki, siyahıda Azərbaycan təmsilçisi “Qarabağ” da yer alıb.

Digər klublar “Real Madrid”, “Bayern”, “Arsenal”, “İnter”, PSJ-dir.

Xatırladaq ki, 2-ci turun yekununa əsasən, cəmi 6 komanda hər iki matçda qələbə qazanıb ki, onlardan da biri də “Qarabağ”dır.

Qeyd edək ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.