“Üçüncü ölkələrdə dialoq” Azərbaycan gündəliyinə daxil deyil: Təslim olmaq tələbi var

Qarabağdakı separatçılar “Ria Novosti”nin “ABŞ Bakı ilə dialoq tələb edir, əks təqdirdə antiterror əməliyyatı keçiriləcək” xəbərdarlığına dair iddiasına münasibət bildirib: deyirlər ki, “mövcud şəraitdə münaqişənin dialoq yolu ilə həlli real deyil”.

Globalinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib.

O bildirib ki, məlumatda iddia olunan “üçüncü ölkələrdə dialoq” da Azərbaycanın gündəliyinə daxil deyil:

“Separatçılar üçün iki dəfə Bakıda reinteqrasiyanı müzakirə etmək təklifi verilmişdi, artıq nə bu təklif, nə də dialoq gündəmdə deyil. Təslim olmaq tələbi var və yalnız bu halda amnistiya haqda müzakirə aparıla bilər.

Separatçıların “dialoqdan” imtina etməsi isə problemi fərqli yollarla həll etmək baxımından rəsmi Bakıya sərf edir”.

Zaira Akifqızı
Globalinfo.az