Ucar məktəbində direktorun qərarı narahatlığa səbəb oldu

Ucar məktəbində direktorun qərarı narahatlığa səbəb oldu

“Çox önəmli bir məsələdə də təhsillə bağlıdır. Ucar rayonunda bir məktəbdə 1-ci sinifdə şagird sayı 10-dan az olduğuna görə 2-ci siniflə birləşdirilib. Yəni sinfin yarısı 1, digər yarısı isə 2-ci sinfin şagirdləridir”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Onun sözlərinə görə, həmin məktəbin qərarı narahatlığına səbəb olub:

“Bu narahatlıq tamamilə haqlıdır. 2-ci sinif olmasa, 3-cü sinifə birləşdiriləcəkdi? Bu qərara ciddi yanaşılmalıdır. Sinifdə 1 nəfər belə olsa, həmin şagirdə müəllim dərs deməlidir. Təhsil ölkənin əsas məsələsidir. Diqqət mərkəzindədir və buna uyğun proqrama baxılmalıdır”.

Safura Bənnayeva
Globalinfo.az