Azərbaycanda ağır qəza: ölən var – FOTOLAR

Bu gün saat 07:45 radələrində Bakı-Qazax yolunun 231-ci km-də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Globalinfo.az-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.

Məlumata görə, “Mercedes” markalı 77-JC-239 dövlət nömrə nişanlı yük avtomobili Bakı istiqmətində hərəkətdə olarkən qarşısında hərəkətdə olan “Mercedes Sprinter” markalı 90-LE-831 dövlət nömrə nişanlı mikroavtobusla toqquşub.

Hadisə nəticəsində mikroavtobusda olan sərnişinlərdən 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Zaira Akifqızı
Globalinfo.az