“Üç il əvvəl xarici qüvvələr, qeyri-hökumət təşkilatları və müxalifət Gürcüstanı müharibəyə vadar etmək istəyirdi”.
Globalinfo.az xəbər verir ki, bunu Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili deyib.
“Gürcüstan xalqın müdrikliyi sayəsində bu yoldan dönüb. Belə qüvvələr hakimiyyətə buraxılmamalıdır. Onlar bizi 3 il əvvəl satıblar. Bunu unutmamalıyıq”, – deyə Papuaşvili bildirib.
Qeyd edək ki, Gürcüstan hökuməti seçkidən öncə əsas hədəflərindən birinin sabiq prezident Mixeil Saakaşviliyə bağlı müxalifət partiyalarını bağlatdırmaq olduğunu söyləyib.
Əliyar Xəlil
Globalinfo.az