bessent

ABŞ maliyyə naziri Skott Bessent İrana qarşı misli görünməmiş iqtisadi təzyiq tədbirləri tətbiq ediləcəyini vəd edib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “Newsmax” telekanalının efirində danışıb.

“Biz “Epik Qəzəb”dən (ABŞ-ın İrana qarşı hərbi əməliyyatının adı) iqtisadi qəzəbə keçdik və Prezidentin göstərişi ilə iqtisadi təzyiqin səviyyəsini yenidən artıracağıq. Gələn həftə veriləcək açıqlamaları izləyin. Çünki təcridetmə tarixində indiyədək görünməmiş tədbirlər görməyə hazırlaşırıq”, – deyə o bildirib.

Bessent qarşıdakı tədbirlərin təfərrüatlarını açıqlamayıb.

O bildirib ki, bu addımlar İranın dəniz blokadası ilə paralel şəkildə həyata keçiriləcək.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: