Üç ay sonra parlamentə gəldi…

Üç ay sonra parlamentə gəldi...

Milli Məclisin növbəti plenar iclası başlayıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, son 7 plenar iclasda iştirak etməyən millət vəkili Siyavuş Novruzov da bu gün keçirilən iclasa qatılıb.

O, 3 aylıq fasiləyə az qalmış parlamentə gəlib.

Sonuncu dəfə fevralın 3-də Milli Məclisdə olan deputat hazırda gedən müzakirələrdə iştirak edir.

Qeyd edək ki, ötən gün parlamentin İntizam Komissiyasının sədri Eldar İbrahimov Siyavuş Novruzovun icazəli olduğunu bildirmişdi.