Donald Tramp Zelenskini “seçkisiz diktator” adlandırmaqda 200 faiz haqlıdır.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
“Seçkisiz diktator. Zelenski tələsməlidir, yoxsa əlində bir dövlət qalmayacaq”. Əgər mənə üç ay əvvəl desəydilər ki, bu, Amerika Prezidentinin sözləridir, mən gülərdim. Donald Tramp 200 faiz haqlıdır”, – o, “X” hesabında yazıb və Zelenskini “iflasa uğramış təlxək” adlandırıb.
Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp ölkədə seçki keçirmək istəmədiyi üçün Ukrayna Prezidenti Volodimir Zelenskini kəskin tənqid etmişdi.
Aysel Əliyeva
Globalinfo.az














