Tviter şirkəti xeyli sayda işçisinin istefa verəcəyi ilə bağlı xəbərlər yayıldıqdan sonra bəzi ofislərini müvəqqəti olaraq bağlayıb.
Globalinfo.az bildirir ki, bu barədə BBC məlumat yayıb.
“Hər bir işçinin, həmçinin tviter sistemlərinin və istifadəçi məlumatlarının təhlükəsizliyini təmin etmək üçün ofislərimiz müvəqqəti bağlanacaq”, – şirkət işçilərindən birinin paylaşımında deyilir.
Ofislərdə fəaliyyətin 21 noyabrda bərpa ediləcəyi gözlənilir.
Zaira Akifqızı














