TÜRKPA Azərbaycan xalqını təbrik etdi – FOTO

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Katibliyinin  “X” sosial şəbəkə hesabında Azərbaycanda Müstəqilliyin Bərpası Günü münasibəti ilə paylaşım edilib.

Globalinfo.az xəbər verir ki, paylaşımda qeyd olunur:

“Azərbaycan XX əsrin əvvəllərində əldə etdiyi müstəqilliyi əsrin sonlarında bərpa etməyə nail olub, istiqlalına sahib çıxıb. 18 oktyabr 1991-ci ildə alınan bu böyük qərarın ildönümündə TÜRKPA-nın qurucu üzvlərindən Azərbaycanın alicənab xalqını hörmətlə salamlayır, vətəni və bayrağı ilə əbədi istiqlalını təbrik edirik”. – qeyd olunub.