ayten seferova 0

Tanınmış aparıcı Aytən Səfərova Türkiyəyə səfəri zamanı maraqlı hadisə yaşayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.

İki məşhur sənətçi ilə qarşılaşdığını deyən aparıcı bunları yazıb:

“İstanbula gedəndə başıma çox maraqlı və bir az da paradoksal hadisələr gəldi. Əslində səhər saat 06:10 reysi ilə uçmalı idim. Amma müəyyən səbəblərdən alınmadı və biletim saat 16:50 reysinə dəyişdirildi. Sonra isə təyyarədə məşhur türk müğənnisi Rafet El Roman ilə yol yoldaşı olduq.

Səfərin son günü axşam yeməyi üçün əvvəlcədən bron edilmiş məkan ləğv olundu. Bizə başqa yer seçməli olduğumuz deyildi. Həmin yeni məkanda həkimlərimizlə çox gözəl vaxt keçirdik. Hər biri ilə ayrıca qürur duydum, sonra onlar haqqında ayrıca danışacam.

Ən maraqlısı isə odur ki, həmin restoranda daha bir məşhur türk ifaçısı – İrem Derici ilə qarşılaşdıq. Çox səmimi, Azərbaycanı sevən, musiqilərimizdən ilham alan bir xanımdır. Açığı, enerjisinə vuruldum.

Bu hadisələrdən sonra bir daha anladım ki, bəzən alınmayan planlar insanın yaddaşında ən gözəl xatirəyə çevrilir. Deməli, bəzi təsadüflər heç də təsadüfi deyilmiş”.

696530111 18592728556028437 5596925064839136604 n 697116508 18592728565028437 1475011021992651964 n

Günel Cəlil
Globalinfo.az

Paylaş: