Türkiyənin gözlədiyi an – PKK qərarını açıqladı

Türkiyənin gözlədiyi an - PKK qərarını açıqladı

PKK terror təşkilatı Türkiyədəki fəaliyyətinə son qoyduğunu və silahlılarını geri çəkdiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə terror təşkilatının liderlərindən olan Sabri Okun açıqlamasında qeyd olunub.

PKK təşkilatın lideri Abdullah Öcalanın çağırışı ilə 12-ci Qurultayında qəbul etdiyi qərarlar əsasında özünü buraxdığını və Türkiyədən tamamilə çəkildiyini bildirib.

***11:04

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 28 oktyabrda DEM Partiyasının İmralı heyəti ilə planlaşdırılan görüşündən əvvəl diqqətçəkən hadisə baş verib.

Globalinfo.az xəbər verir ki, PKK mənbələrinin məlumatına əsasən, təşkilatın başçısı Abdullah Öcalanın çağırışı və PKK-nın 12-ci Konqresinin qərarları əsasında “tarixi bir addım” atılacağı bildirilib.

Bu gün saat 11:00-da Şimali İraqda açıqlama veriləcəyi və PKK-nın bəyanatında “Türkiyədəki bütün qüvvələrimizi geri çəkirik” ifadələrinin yer aldığı vurğulanıb.

Qeyd edək ki, “Terrorsuz Türkiyə” təşəbbüsü çərçivəsində PKK üzvləri 11 iyul tarixində İraq Kürd Regional İdarəsinin sərhədləri daxilində yerləşən Süleymaniyyə şəhərində silahlarını yandırmışdılar. Silahlarını təhvil verənlər arasında PKK rəhbərlərindən Bese Hozat da olmuşdu.

Safura Bənnayeva
Globalinfo.az