Türkiyə parlamentindəki yeganə ermənidən seçkilərə REAKSİYA

Türkiyənin Diyarbəkirdən olan erməni millət vəkili Qaro Paylan prezident və parlament seçkiləri ilə bağlı açıqlama verib.

Globalinfo.az xəbər verir ki, o, ilk turun nəticələrinin Türkiyədəki erməni icmasının gözləntilərini qarşılamadığını, məyus etdiyini bildirib.

Qeyd edək ki, Qaro Paylan Türkiyə parlamentində yeganə erməni millət vəkil idi. Bir partiya nümayəndəsinin parlamentdə iki dəfədən artıq təmsil oluna bilməməsi səbəbində o, 2023-cü il seçkilərində namizədliyini irəli sürə bilməyib.

Ayşən Mustafa
Globalinfo.az