Hazırda həbsdə olan Türkiyənin məşhur jurnalistlərindən Fatih Altaylı barəsində yeni istintaq prosesi başladılıb.
Globalinfo.az xəbər verir ki, jurnalist həm də ictimaiyyəti çaşdıran məlumat yaymaq da ittiham edilir.
Qeyd edək ki, F.Altaylı bundan öncə Türkiyə prezidentini təhdid etməkdə günahlandırılıb və barəsində cinayət işi açılıb. İyunun 22-dən etibarən həbsdə olan jurnalistin “yutub” kanalına da məhdudiyyətlər tətbiq edilib.
O, həbsxanadan komandasına məktublar göndərir və mesajları kanalında yayımlanır.
Əliyar Xəlil
Globalinfo.az