Türkiyəyə məxsus yanğınsöndürmə təyyarəsinin qalıqları tapılıb, pilot həlak olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri İbrahim Yumaklı məlumat paylaşıb.
“Xorvatiyada rabitə əlaqəsi kəsilən Meşə Təsərrüfatı Baş İdarəsinə məxsus yanğınsöndürmə təyyarəmizin qalıqları Senj şəhəri yaxınlığında aşkar edilib. Bu faciəvi qəzada həlak olan pilota Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirəm. Meşəçilik təşkilatımıza və böyük xalqımıza başsağlığı verirəm”, – nazir qeyd edib.
***
Türkiyəyə məxsus yanğınsöndürmə təyyarəsinin qalıqları tapılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, qəza zamanı pilot həlak olub.
***22:32
Plnalı təmir üçün getdiyi Xorvatiyadan Türkiyəyə qayıdan yanğınsöndürən təyyarə ilə əlverişsiz hava şəraiti səbəbindən əlaqə kəsilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Aysel Əliyeva
Globalinfo.az














