Türkiyənin Çanaqqala, İstanbul, Muğla, Sinop və İzmir vilayətlərində meşəlik ərazilərdə yanğın başlayıb.
Globalinfo.az xəbər verir ki, İstanbul və İzmirdə yanğın nəzarət altına alınıb. Hazırda Çanaqqala, Sinop və Muğlada alovlara mübarizə tədbirləri davam edir.
Çanaqqala valisi İlhami Aktaş yanğınla bağlı verdiyi açıqlamada bölgədə güclü küləyin əsdiyini, hazırda 8 təyyarə və 4 helikopterlə yanğınsöndürmə işlərinin davam etdiyini deyib.
Meşəlik ərazilərə yaxın bölgələrdə yaşayanlara ehtiyatlı olmaları ilə bağlı xəbərdarlıq edilib.
Digər vilayətlərdə də alovların söndürülməsi istiqamətində işlər davam edir.
Digər vilayətlərdə də alovların söndürülməsi istiqamətində işlər davam edir.
İzmirdə baş verən yanğında şübhəli bilinən bir nəfər saxlanılıb.















