colani9 900x600 1

Suriyanın keçid dövrü prezidenti Əhməd Əl-Şaraanın sui-qəsdə məruz qalması haqda iddialar yayılıb. 

Globalinfo.az xəbər verir ki, sözügedən iddialar sosial şəbəkələrin Yaxın Şərq seqmentində və mediada tirajlanıb.

Bildirilir ki, Şaraa ağır yaralanıb, dərhal Türkiyəyə aparılıb və xəstəxanaya yerləşdirilib. Hazırda isə müalicəsi davam edir.

İsrailli jurnalist Edi Kohenin sosial şəbəkə hesabında paylaşdığı foto iddiaların sürətlə yayılmasına səbəb olub. Lakin həmin şəxsin Şaraa olmadığını deyənlər də var.

Fotonu təqdim edirik:

goruntu 45 6

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: