Rusiya Xarici İşlər Nazirliyi bir rus vətəndaşın Qəzza zolağında sərbəst buraxılmasına görə HƏMAS qruplaşmasına təşəkkür edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

“Moskva HƏMAS liderlərinin Qəzza zolağında bir Rusiya vətəndaşının sərbəst buraxılmasına dair xoşməramlı jestini müsbət qiymətləndirir. Rusiya Qəzzada qalan vətəndaşların ən qısa zamanda azad edilməsi üçün işləri davam etdirəcək”, – XİN-dən bildirilib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: