Türkiyədən qəzaya uğrayan təyyarə ilə bağlı məşhur iddiaya CAVAB

Türkiyədən qəzaya uğrayan təyyarə ilə bağlı məşhur iddiaya CAVAB

“Gürcüstanda qəzaya uğrayan C-130 təyyarəsinin texniki yoxlanışı sonuncu dəfə 11 sentyabr – 12 oktyabr aralığında keçirilib”. 

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunur.

Nazirlik təyyarənin köhnə olmasının deyil, baxımsız olmasının problem yaratdığını söyləyib:

“C-130 təyyarəsi hazırda 70-dən çox ölkədə aktiv istifadə edilir. Qəzaya uğrayan təyyarənin “qara qutu”su artıq ölkəmizə gətirilib, Ankarada araşdırılır. Noyabrın 12-dən etibarən C-130 təyyarələrinin uçuşları dayandırılıb. Texniki baxışları tamamlandıqdan sonra hər biri təkrar istifadəyə veriləcək”.

Qeyd edək ki, bundan öncə qəzaya uğrayan təyyarənin sonuncu dəfə 2020-ci ildə texniki baxışdan keçirildiyinə dair məlumatlar yayılmışdı.

Əliyar Xəlil
Globalinfo.az