“Netanyahu Əl-Məvasiyə hücum edərək HƏMAS ilə danışıqları pozmağa çalışır”.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Ankara atəşkəs məsələsində HƏMAS-ın müsbət cavab verəcəyini gözləsə də, İsrail hakimiyyəti qan tökməyə üstünlük verib.
“İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında Əl-Məvasi bölgəsinə zərbə endirərək HƏMAS-la danışıqları pozmağa çalışır. Bu, Netanyahu hökumətinin fələstinliləri tamamilə məhv etmək səylərinin növbəti mərhələsidir”, – deyə Türkiyə XİN-in bəyanatında bildirilib.
Türkiyə Xarici İşlər Nazirliyi İsrailin hərəkətlərini barbarlıq adlandırıb və Təl-Əvivi dəstəkləyən ölkələri buna son qoymağa çağırıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az














