Türkiyə və Fəth Fələstin fraksiyaları arasında barışıq prosesini müzakirə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, xarici işlər nazirinin müavini Nuh Yılmaz FƏTH Mərkəzi Komitəsinin baş katibi Cibril əl-Rəccub ilə görüşüb.
Onlar həmçinin Qəzzadakı son hadisələri müzakirə ediblər. Lakin görüşlə bağlı əlavə təfərrüatlar verilməyib.
Qeyd edək ki, Fəth İordan çayının qərb sahilinin bəzi hissələrini idarə edən ABŞ-ın dəstəklədiyi Fələstin Muxtariyyətində əsas partiyadır. Eyni zamanda Fələstinin iki əsas fraksiyasından biridir. 2006-cı il seçkilərində HƏMAS-ın qələbəsindən sonra Fəthi Qəzza zolağından çıxarıblar. Bundan sonra HƏMAS və FƏTH qatı rəqib kimi mübarizəyə başlayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az