140122184150 aman dmitry medvedev

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna Prezidenti Volodimir Zelenskini “iyrənc əclaf” adlandırıb.

Globalinfo.az xəbər verir ki, onun paylaşımı X sosial media saytında yayımlanıb.

Medvedev Zelenskini sərt tənqid edərək, onu münaqişənin sülh yolu ilə həllinə mane olmaqda günahlandırıb.

“O (Zelenski) müharibə istəyir. Heç olmasa indi o, ömrünün sonuna qədər gizlənməli olacaq”, – deyə o yazıb.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da Zelenskini yalan danışmaqda ittiham etmişdi. O, siyasətçinin Rusiyanın danışıqlara getmək istəməməsi, həmçinin Rusiyanın “oğurladığı” iddia edilən uşaqlar və Buça ilə bağlı açıqlamalarını yalan hesab etdiyini bildirmişdi.

Tahir Turan
Globalinfo.az

Paylaş: