Türkiyədən Britaniyaya husilərlə bağlı çağırış

Türkiyənin xarici işlər naziri Hakan Fidan britaniyalı həmkarı David Kemeronla telefonla danışıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Middle East Monitor” məlumat yayıb.

Məlumata görə, söhbət zamanı Fidan həmkarını Qırmızı dənizdə gərginliyin azaldılmasına kömək etməyə çağırıb və münaqişənin kəskinləşməsinin regionda qeyri-sabitliyi daha da artırdığını bildirib.

“Fidan Ankaranın regionda münaqişəni dayandırmaq üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə hazır olduğunu bildirib. Eyni zamanda, İsrailin Qəzzaya qarşı müharibəsinin dərhal dayandırılmasının vacibliyini vurğulayıb. Bu münaqişənin regional təhlükəsizliyi, beynəlxalq sabitliyi getdikcə daha çox təhdid etdiyini, müharibənin daha da genişlənmə riski ilə üzləşdiyini bildirib”, – deyə qeyd edilib.