Türkiyədən Bakı və İrəvanla bağlı müzakirə: “Dəstəkləməyə hazırıq”

“Türkiyə daimi sülhün bərqərar olmasına yönələn bütün addımları dəstəkləməyə hazırdır”.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında bildirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə təxminən 3 saat davam edən iclasın yekununda bəyanat qəbul olunub.

Bəyanatda Azərbaycan və Ermənistan arasında sülh üçün atılan addımlara dəstək verilməsi məsələsi də yer alıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az