1772380263 1646222743 xamenei 1

İran hakimiyyəti keçmiş Ali lider Ayətullah Əli Xameneinin dəfn mərasimi ilə bağlı hazırlıqlara başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın dövlət mediası məlumat yayıb.

Bildirilir ki, müharibə şəraiti səbəbindən bir neçə aydır təxirə salınan mərasimin təşkili üçün xüsusi koordinasiya mərkəzi formalaşdırılıb.

Rəsmilər həm ölkə daxilindən, həm də xaricdən çox sayda iştirakçının mərasimdə yer alacağını deyirlər.

“Dəfn mərasiminin planlaşdırılması və icrasını idarə etmək üçün xüsusi mərkəz yaradılıb. Müxtəlif qurumlar hazırlıq işlərini davam etdirir”, – deyə Tehran İslam Təbliğat Koordinasiya Şurasının sədri Möhsün Mahmudi qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: