Türkiyədəki yanğında ölənlərin sayı artdı

Türkiyədəki yanğında ölənlərin sayı artdı

Türkiyənin Bolu şəhərində baş verən yanğında ölənlərin sayı 79-a çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Daha əvvəl Türkiyənin daxili işlər naziri yanğın nəticəsində 76 nəfərin öldüyünü bildirmişdi.

Xatırladaq ki, Türkiyədə oteldə yanğın yanvarın 21-nə keçən gecə baş verib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 22-ni ölkədə milli matəm günü elan edib.

Müşviq Tofiqoğlu
Globalinfo.az