Türkiyədə yenidən meşə yanğını başladı

Türkiyədə yenidən meşə yanğını başladı

Türkiyənin Muğla bölgəsinin Ortaca rayonunda meşəlik ərazidə yanğın başlayıb.

Globalinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, yanğın Təpəarası məhəlləsindəki meşəlik ərazidə naməlum səbəbdən baş verib.

Yanğınsöndürənlər havadan və qurudan müdaxilə ilə yanğını nəzarət altına almağa çalışırlar.

Muğla Meşə Region İdarəsi və xilasetmə qrupları bölgəyə sövq edilib.