Yeni Kaledoniya sahillərində güclü zəlzələ…

Yeni Kaledoniya sahillərində güclü zəlzələ...

Yeni Kaledoniya yaxınlığında yerləşən Luayote adalarının cənub-şərqində 5,6 maqnitudalı zəlzələ baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat verilib.

Zəlzələnin ocağı 10 km dərinlikdə, episentri Numea şəhərindən 458 km cənub-şərqdə yerləşib.

Ölən və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.