Türkiyədə təyyarə gölə düşdü, pilot mesajla xilas oldu

6853fd036c689faa63f811d8

Türkiyədə yanğınsöndürmə təyyarəsi qəzaya uğrayıb. 

Globalinfo.az xəbər verir ki, hadisə Adanada baş verib.

Məlumata görə, təyyarə gölə düşüb. Pilot yanğınsöndürən helikopterin pilotuna, “Gölə düşmüşəm, salamatam, gəlib məni çıxarın”, – mesajı atıb.

Adanada meşəlik ərazidə yanğının başladığı və yanğınsöndürənlərin əraziyə cəlb edildiyi bildirilir.

Əliyar Xəlil
Globalinfo.az