Pakistan ABŞ–İran danışıqlarının uğurla başa çatması üçün bütün səylərini əsirgəməyəcəyinə söz verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif paylaşım edib.
O bildirib ki, ölkə hakimiyyəti münaqişənin həlli üçün ABŞ–İran danışıqlarının uğurlu olmasını təmin etmək üçün bütün mümkün səyləri göstərəcək .
Qeyd edək ki, İsrail, ABŞ və İran arasındakı münaqişə 28 fevralda başlayıb. İran dəfələrlə İsrailə, eləcə də Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanı da daxil olmaqla bir çox Yaxın Şərq ölkəsinə hücum edib.
İran hakimiyyəti hücumların Amerika hərbi bazalarını hədəf aldığını iddia edib. Daha sonra tərəflər 2 həftəlik atəşkəs imzalayıb. Lakib buna baxmayaraq atəşkəsin şərtləri bir neçə dəfə pozulub.
Tahir Turan
Globalinfo.az