
İstanbul meri Əkrəm İmamoğlu ilə bağlı dörd sutkalıq həbs qərarı gözlənilir.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, 106 nəfər haqqında da həbs qətimkan tədbiri var, 84 nəfər hazırda sorğulanır:
“Əkrəm İmamoğlu birlikdə saxlanılanlar da dörd gün polis nəzarətində qalacaqlar”.
***09:53
İstanbul Baş Prokurorluğu bələdiyyə sədri Əkrəm İmamoğlunun ittiham olunduğu daha iki maddəni açıqlayıb.
Globalinfo.az xəbər verir ki, Ə.İmamoğlu və bələdiyyənin yüksək vəzifəli əməkdaşları PKK/KCK təşkilatına yardım etməkdə ittiham olunur.
Onun həmçinin rüşvət almaqda ittiham olunduğu qeyd edilir.
***08:54
İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlu saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
O, “konstitusiya quruluşunu ləğv etmək” ittihamı ilə tutulub.
Məlumata görə, İmamoğlunun mətbuat müşaviri Murat Onqun da saxlanılıb.
Merin evində axtarış aparılır.
Günay Rəsulqızı
Globalinfo.az