Türkiyədə FETÖ-nün maliyyə strukturuna qarşı keçirilən əməliyyat zamanı saxlanılan “HAKMAR” marketlər şəbəkəsinin sahibi Zeki Dorukun evindəki seyfdən “talisman duası” tapılıb.
Globalinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, seyfdən çoxlu sayda qızıl-zinət əşyaları, vəsiyyət məktubu və bir dua çıxıb. Dorukun öz əli ilə yazdığı vəsiyyətnamədə bütün əmlakını FETÖ-yə bağışladığı qeyd olunur.
Seyfdə aşkarlanan duanın isə FETÖ lideri Fəthullah Gülən tərəfindən yazıldığı müəyyən edilib. Bildirilib ki, bu dua gizli təşkilatın üzvlərinə xüsusi olaraq verilən “talisman duası”dır.














