Türkiyədə sel ölümə səbəb oldu: 2 nəfərin meyiti tapıldı, 4-ü isə…

Türkiyənin Kırıkkale rayonunda güclü yağışların səbəb olduğu sel nəticəsində bu vaxta kimi 6 nəfər xilas edilib, 4 nəfər itkin sayılır.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, itkin düşənlərdən biri azyaşlıdır.

Seldə itkin düşənlərdən 2-nin meyiti tapılıb, daha 4 nəfərin axtarışları aparılır.

Çox sayda ev su altında qalıb.