Screenshot 462

Türkiyədə uzun illərdir qırmızı bülletenlə axtarışda olan mütəşəkkil cinayətkar qrup Ermənistanda tutularaq ölkəyə gətirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Onların İnterpol tərəfindən qırmızı bülletenlə axtarışda oluqları açıqlanıb.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında paylaşım edərək yazıb ki, sözügedən şəxslər – Ercan Yılmaz 15 ildir Türkiyə tərəfindən 43 il həbs qərarı ilə, 14 ildir isə İnterpol tərəfindən qırmızı kateqoriyada beynəlxalq axtarışa verilib. O, “Barış Boyun” cinayətkar qruplaşması ilə əlaqəsi olan cinayətkar dəstənin rəhbəri sayılır.

Digər ekstradisiya edilən isə beynəlxalq axtarışda olan cinayətkar dəstənin üzvü İbrahim Kaymakdır.

Ali Yerlikaya Türkiyə ilə əməkdaşlığa görə Ermənistanın ədliyyə nazirinin müavini Tiqran Daduntsa təşəkkür edib.

Screenshot 464 Screenshot 463

Paylaş: