“Sərhədə Rusiya deyil, biz nəzarət edəcəyik” – Qriqoryan

“Azərbaycanla sərhəddə Rusiya deyil, Ermənistan özü nəzarət edəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli mətbuata açıqlamasında deyib.

“Bu o deməkdir ki, sərhəd mühafizə xidmətini erməni qurumları həyata keçirəcək. Məsələ ilə bağlı İrəvanın mövqeyi tam aydındır. Ümid edirik ki, digər tərəfdaşlar da bu prinsipə əməl edəcəklər” – deyə, o bildirib.

Ayşən Mustafa
Globalinfo.az