Türkiyədə meşə yanğınları kəndə çatdı: binalar da yanır… – VİDEO

Türkiyədə meşə yanğınları kəndə çatdı: binalar da yanır... - VİDEO

Türkiyənin İzmir vilayətində baş verən meşə yanğınları bölgədə əsən güclü küləyin təsiri ilə genişlənərək yaşayış yerlərinə çatıb. Bölgədə bir bina yanıb, çox sayda ev boşaldılıb.

Globalinfo.az xəbər verir ki, vilayətin Karşıyaka rayonunda dünən axşam saatlarından başlayan yanğın ətrafa yayılıb.

16 ev yanıb, 87 ev boşaldılıb, 44 məntəqədə təxliyə aparılıb.

Bölgəyə 5 təyyarə, 15 helikopter 46 su çiləyən maşın və əlavə canlı qüvvə cəlb edilib.

Qurudan müdaxilələrə baxmayaraq, alovun böyük hissəsi iş yerlərinə yayılıb.

Yanğının baş verdiyi əraziyə gedən yollarda nəqliyyatın hərəkəti dayandırılıb.

***00:21

Türkiyənin İzmir şəhərində gecəyə doğru meşə yanğını daha da genişlənib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə medası məlumat yayıb.

Bildirib ki, meşədə başlayan və yaşayış yerlərinə yayılan yanğın nəticəsində 30 ev yanıb.

Bayraqlı rayonunun bələdiyyə sədri İrfan Önal vətəndaşlardan evlərini tərk etmələrini xahiş edib.

O, bir kənd və bəzi evlərin artıq təxliyə edildiyini deyib.

***

İzmir şəhərində gecəyə doğru meşə yanğını daha da genişlənib.

İzmirin Karşıyaka rayonunda, Yamanlar dağında davam edən yanğın küləyin təsiri ilə böyüyüb və yaşayış məntəqələrinə yaxınlaşıb.

Globalinfo.az bildirir ki, təbii fəlakətlə əlaqədar Doğançay və Sancaklı məhəllələri təxliyə edilib. Bir neçə ev yanğından zərər görüb.

Qeyd edək ki, meşə yanğınları Türkiyənin digər ərazilərini də cənginə alıb. Belə ki, Bolu şəhərində dünən günorta saatlarında başlayan və küləyin təsiri ilə təxminən 100 hektar əraziyə yayılan meşə yanğını 21 saatdır, davam edir. Boludakı yanğının tüstüsü Eskişehir səmasını bürüyüb.

Manisada isə meşə yanğını üçüncü gündür ki, davam edir.