Türkiyənin Antalya vilayətinin Alanya və Aksu rayonlarında meşə yanğınları başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.
Bildirilib ki, yanğının səbəbi məlum deyil.
Aksuda yanğın zamanı 1 hektar meşə sahəsinin zədələndiyi bəlli olub.
Digər tərəfdən hadisənin istixanaların yanındakı otluq ərazidən başladığı iddia edilib.
Hazırda təbii fəlakətə müdaxilə davam etdirilir.
Əliyar Xəlil
Globalinfo.az














