Türkiyədə güclü meşə yanğını – YENİLƏNİB

Türkiyədə güclü meşə yanğını - YENİLƏNİB

Adananın mərkəz Çukurova rayonunda meşəlik ərazidə çıxan yanğın nəzarət altına alınıb.

Globalinfo.az xəbər verir ki, bölgəyə 2 təyyarə, 8 helikopter, 50 yanğınsöndürən maşın, 30 su çəni və təxminən 300 personal cəlb edilib.

Yanğın ekipajın havadan və qurudan müdaxiləsi ilə nəzarət altına alınıb.

Bölgədə soyutma işləri davam edir. Yanğının başvermə səbəbi hələlik məlum deyil.

*** 19:23

Türkiyənin Adana bölgəsində meşədə yanğın başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

Əraziyə yaxınsöndürmə briqadaları cəlb olunub. Ekipajlar alova nəzarət etmək üçün havadan və qurudan işlərini davam etdirir.

Yanğının hansı səbəbdən başladığı barədə məlumat yoxdur.