Türkiyədə Lavrovu şillələmək istədim – Kuleba

Ukrayna xarici işlər naziri Dmitri Kuleba 2022-ci ildə Antalyada keçirilən danışıqlarda Rusiya xarici işlər naziri Sergey Lavrovu şillələmək istədiyini etiraf edib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə “Blumberq” danışıb.

“Ən çətini danışıqlarda həmsöhbətinə şillə vurmaq istəsən də, buna gücünün çatmamasıdır. Belə hallardan biri 2022-ci ildə Lavrovla baş tutan görüşdə yaşandı”, – o qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az