Türkiyədə güclü zəlzələ olub.
Globalinfo.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
“Gecə saatlarında Muğlanın Marmaris rayonu sahillərində 5,8 bal gücündə zəlzələ baş verib. Zəlzələ Muğla ilə yanaşı, İzmir, Aydın, Dənizli, Manisa və Antalya kimi bir çox vilayətdə də hiss edilib. Muğlanın Fethiye rayonunda baş verən zəlzələ zamanı 14 yaşlı Əfranur Günlü dünyasını dəyişib”, – deyə bildirilib.
Məlumata görə, sözgedən yerlərdə panika və yüksəklikdən tullanma nəticəsində 69 nəfər xəsarət alıb.
Əliyar Xəlil
Globalinfo.az